Dünya futbolu

“Borussiya” Dembelenin qiymətini açıqladı

“Borussiya” Usman Dembele ilə vidalaşmağa hazırdır.

İdmanxeber.com-un məlumatına görə, Dortmund klubu fransız futbolçu üçün 150 milyon avro tələb edir. Bu məbləği ödəyən klub Dembeleni heyətinə qata bilər.

Qeyd edək ki, son günlər Dembelenin adı “Barselona” ilə yanaşı hallanır. Neymarın gedişindən sonra Kataloniya klubunun maraq dairəsində olanlardan biri də məhz fransız futbolçudur. Yayılan məlumata görə dünən “Barselona” nümayəndələri Almaniyaya gedərək Dembelenin agentilə danışıqlar aparıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43