Dünya futbolu

“Fənərbaxça” Soldado ilə razılığa gəldi

“Fənərbaxça” “Vilyarreal”ın futbolçusu Roberto Soldado ilə anlaşıb.

İdmanxeber.com-un məlumatına görə, 32 yaşlı hücumçunun yaxın günlərdə İstanbula gələrək rəsmi müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, ispaniyalı futbolçu ötən mövsüm “Vilyarreal”ın heyətində 10 oyunda 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43