Ölkə futbolu Premyer Liqa

Leandro Andradedən ikiqat fərq, Otto Con yeganə hücumçudu ki…

Azərbaycan Premyer Liqasında cari mövsümün bitiminə cəmi 3 tur qalıb.

İdmanxeber.az sizə bu tura kimi geridə qalan 33 tur ərzində komandasının heyətində ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısını təqdim edir.

Siyahıya “Qarabağ”dan Leandro Andrade başçılıq edir. Braziliyalı futbolçu 14 qolun ötürməsini edib. 2-4-cü yerləri müvafiq olara “Kəpəz”, “Sumqayıt” və “Qəbələ”nin üzvləri tutur.

9 klubun ən çox assist edən futbolçuları yarımmüdafiçlər olsa da, siyahıda yalnız “Turan Tovuz”dan bir hücumçu yer almaqdadı. Otto Con yeganə hücumçudu ki, öz komandasında yarımmdüfiəçilərdən daha çox məhsuldar ötürmə edə bilib.

Ümumilikdə sıralama aşağıdakı kimidi:

Leandro Andrade (“Qarabağ”)  – 14 

Mate Kvirkiviya (“Kəpəz”) – 7

Rövlan Muradov (“Sumqayıt”) –  7

Əyyub Allaş (“Qəbələ”)  – 7

Miço Kuzmanoviç (“Araz Naxçıvan”)  – 6

Kahim Parris (“Sabah”) – 6

Emin Mahmudov (“Neftçi”) –  6

Otto Con (“Turan Tovuz”)  – 6

Qismət Alıyev (“Zirə”) – 5

Pedro – Nuno – Rüfət Abdullazadə (“Səbail”) – hərəyə 5 məhsuldar ötürmə

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43