Dünyadan

İbrahim Şehiç ayrılığı açıqladı

Bosniya və Herseqovina millisinin qapıçısı İbrahim Şehiç yığmadakı karyerasını başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın sabiq qolkiperi bu haqda öz sosial şəbəkə hesabında paylaşım edib.

35 yaşlı təcrübəli qapıçı 14 ildən sonra milli karyerasına son verdiyini açıqlayıb.

Qeyd edək ki, İbrahim Şehiç 2015-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43