Dünya futbolu

“Borussiya”dan sürpriz transfer

Dortmund "Borussiya"sı yeni futbolçu heyətinə qatıb.

Almaniya mətbuatının yaydığı xəbərə görə, Mats Hummelsin zədələnməsindən sonra müdafiədə yaranan problem aradan qaldırmaq istəyən Dortmund klubu  34 yaşlı müdafiəçi Manuel Fridrixlə müqavilə imzalayıb. Müqaviləyə əsasən təcrübəli futbolçu 2014-cü ilin iyun ayına qədər Dortmund klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, ötən mövsüm “Bayer Leverkusen”dən ayrılan Fridrix azad agent olaraq “Borussiya”ya keçib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43