Kateqoriyasız

“Borussiya”nı sevindirən məqam

“Borussiya”nın (Dortmund) hücumçusu Sebastyen Haller sosial şəbəkə hesabında paylaşım edib.

İdmanxeber.az xəbər verir ki, uzun müddətdir xərçənglə mübarizə aparan və bu səbəbdən müalicə alan futbolçu artıq komanda ilə məşqlərə başlayıb. O, bu barədə aşağıdakı sözləri yazıb:

“Hər kəsin yeni ili mübarək! Bu il mənim üçün çox yaxşı başladı. Çünki yavaş-yavaş yaşıl meydanlara qayıdıram. Ötən il mənim üçün asan keçmədi. Lakin 2022-ci il məni yeni il üçün hazırladı. Hamınızı görməyi səbirsizliklə gözləyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43