İdman Kateqoriyasız

“Böyük Dəbilqə”: 5 cüdoçumuz mübarizəyə başlayır

Bu gün  Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turnirinə start veriləcək.

İdmanxeber.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq.

60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Angelo Pantano (İtaliya) ilə, eyni çəkidəki Turan Bayramov Bayurjan Narbayevlə (Qazaxıstan) üz-üzə gələcək.

66 kq-da yarışan Tofiq Məmmədov 1/32 finalda Oskar Pertelsonla (Estoniya) görüşəcək.

Qadınlardan 48 kq çəkidə yarışan Leyla Əliyeva 1/16 finalda Rafael Batista (Braziliya), 52 kq çəkidəki təmsilçimiz Gültac Məmmədəliyeva eyni raundda Tolqanay Abeuova (Qazaxıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43