Ölkə futbolu

Böyük iddia: Rumıniya çempionatının bombardiri “Qəbələ”yə gəlir

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” Rumıniyadan futbolçu transfer edə bilər.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubunun baş məşqçi sükanı arxasına yenicə keçən Dorinel Muntyanu “Vasluy”un hücumçusu Liviu Antalı komandasında görmək istəyir. Belə bir iddia ilə Rumıniya mətbuatı çıxış edib.

Rumıniya çempionatında bombardir olmuş futbolçu Azərbaycana azad agent kimi gələcək.

Qeyd edək ki, “Tarqu Mureş”, “Konkordiya” “Otselul” kimi klubların da şərəfini qoruyub. O, son mövsümdə 16 qolla Rumıniya çempionatının bombardiri olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43