Kateqoriyasız

“Böyük oyun” öncəsi “Neftçi”də böyük problemlər

Premyer Liqanın 29-cu turu çərçivəsində Lənkəranda “Xəzər Lənkəran”ın qonağı olacaq “Neftçi” “Böyük oyun”a ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunda zədəli Deniz Silva, Ernest Nfor və Məqsəd İsayevlə yanaşı, “su çiçəyi”nə tutulan Rauf Əliyev də səfər matçına aparılmayacaq. Bundan əlavə “ağ-qaralar” “Fırtınalar meydanı”nda Karlos Kardozosuz da mübarizə aparmalı olacaq. Braziliyalı futbolçu “Simurq”la səfər matçında aldığı qırmızı vərəqəyə görə prinsipial matçı buraxmalı olacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu aprelin 9-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43