• Ana səhifə
  • Müsahibə
  • Böyükağa Hacıyev: “Allah da bizim qardaşlığımızı qəbul edir” – MÜSAHİBƏ
Müsahibə

Böyükağa Hacıyev: “Allah da bizim qardaşlığımızı qəbul edir” – MÜSAHİBƏ

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Fənərbağça” ilə heç-heçə başa çatan oyundan sonra azərbaycanlı jurnalistlərə müsahibə verib. 

Deyərdim ki, mənim üçün Türkiyə və Azərbaycan arasında fərq yoxdur. Biz azərilər də türkük. Kiprdə mənə bir yunan jurnalisti sual verdi ki, yunanlar sizin üstünüzə gələcəklər. Amma mən dedim ki, qəlbimin üzərində Türkiyə və Azərbaycan bayraqları var. “Fənərbağça” ilə oyuna tam dostluq matçı kimi baxıram. Bu gün sözün əsl mənasında komplektləşdirilmiş bir komanda var. Oyun çox maraqlı oldu. Allah da bizim qardaşlığımızı qəbul edir.

– Mahir Şükürovdan indicə müsahibə götürdük. Dedi ki, Hacıyev bizim arxamızda durur. O dedi ki, futbolçular Hacıyev üçün ölməyə hazırıq…

– Bilirsiniz necədir, məşqçi futbolçu üçün ata olmalıdır. Bizdə qarşılıqlı inam var. Komandam mənə inanmalıdır, mən isə komandama. Mən öz futbolçularımla fəxr edirəm.

– “Neftçi”nin oyunçuları həm də sizə görə oynadılar?

– Hər bir insan hörməti özü qazanır. Əgər məşqçi futbolçunun inamını qazanırsa, futbolçu ondan ötrü canını vermək istəyirsə, bunun özü bir xoşbəxtlikdir.

– Ürəyinizdə məğlubiyyət hissi yox idi?

– General əgər qorxursa, döyüşə çıxmamalıdır. Mən və komandam çox sakit idik.

Oxşar xəbərlər

Prosineçkini “Bursaspor”a aparmaq istəyən menecer: “AFFA-dakılar mənə peşəkarlıqdan bəhs etməsinlər” (MÜSAHİBƏ)

admin

Dodo: “Xanımım deyir ki, bir qola nə qədər baxmaq olar?” (MÜSAHİBƏ)

admin

Rəşad Sadıqov: “İkinci Qurbana ehtiyac yoxdu” (MÜSAHİBƏ)

admin