Milli komanda

Böyükağa Hacıyev: “Azarkeşlər millidən baxımlı futbol görə biləcəklər”

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev Azərbaycan yığmasının Antalyadakı təlim-məşq toplanışını dəyərləndirib:

“Robert Prosineçkinin yığmadakı məşq prosesi çox xoşuma gəlir. Onun məşqləri Berti Foqstunkundan çox fərqlidir. Çünki xorvatiyalı mütəxəssis hücuma daha çox diqqət ayırır. Mən həmişə komandalarımdan hücum futbolu oynamağı tələb etmişəm. Çox sevinirəm ki, Prosineçki də yığmadan elə oyun tələb edir. Oyunçuların belə oyun üslubuna alışması üçün zamana ehtiyacın olması ayrı məsələdir. Amma fikrimcə, azarkeşlər millidən baxımlı futbol görə biləcəklər. Məşqlərdəki müşahidələrimə əsasən çıxardığım nəticə belə deməyə əsas verir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43