“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Sumqayıt”la oyunla bağlı fikirlərini bildirib.
“Sumqayıt” yaxşı komandadı. Oyuna taktiki cəhətdən yaxşı hazırlaşırlar. Onların son oyundakı məğlubiyyəti bizi aldatmamalıdı. Biz son dövrlər yaxşı oynayırıq, amma xal itiririk. Bu səbəbdən artıq xal itirməməliyik. Meydana yalnız 3 xal üçün çıxacağıq. Bundan başqa nəticə bizi razı salmayacaq”.