Ölkə futbolu

Flavinyo: “Qələbə qazanmaq istəyiriksə, axıra kimi mübarizə aparmalıyıq”

“Neftçi” PFK-nın futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlama verib. Braziliyalı bunları söyləyib:

“Son oyunlarda istədiyimiz nəticələri qazana bilməmişik. Bununla belə məqsədimiz dəyişməyib. Sona kimi yalnız çempionluq uğrunda oynayacağıq. “Sumqayıt” klubunun turnir cədvəlində hansı mövqedə qərarlaşması vacib deyil. Əgər qələbə qazanmaq istəyiriksə, axıra kimi mübarizə aparmalıyıq. Düzdü, əsas heyətdən Mahir Şükürov, Bruno Bertuççi və Karlos Kardoso cəzalı olmaları səbəbindən bu matçda meydana çıxa bilməyəcəklər. Bununla belə onların yoxluğunu hiss etdirməməyə çalışacağıq. Səfər oyunu olmasına baxmayaraq inanıram ki, qələbə qazanacağıq”.

(Klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43