Kateqoriyasız

Böyükağa Hacıyev mühazirə oxudu

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev təlim-məşq toplanışını ölkəmizdə keçən komandaların yoxlama oyunlarını – “Sumqayıt” – AZAL və “İnter” (əvəzedici ) – “Bakı”  qarşılaşmasını  izləyib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, iki oyun izləyib və mühazirə oxuyub.

Klubların məşqçilər korpusu ilə də görüşən B.Hacıyev Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandalarının çempionatına və birinci divizionun oyunlarına təyinat alan referi və referi köməkçiləri üçün Bakı şəhərindəki “Əlincə” İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında “Hakim və məşqçi münasibəti” mövzusunda mühazirə oxuyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43