Ölkə futbolu

Böyükağa Hacıyev: “Nə vaxt sınayacam?!”

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Polşanın “Şlonsk” klubu ilə keçirilən yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlama verib.

Təcrübəli mütəxəssis  oyun və ümumi hazırlığın yekunu ilə bağlı danışıb:

“Təlim-məşq toplanışında son oyunumuz idi. Buna görə əsasən gəncləri sınamaq istəyirdim. Nəticənin önəmli olmadığı bir görüşdə demək olar ki, gənclərin hamısına şans verdim. Nəticə bizi narahat eləmir, buna görə məyus deyilik, çünki bu bir yoxlama oyunu idi. Gəncləri yoxlama oyununda da sınamayıb, nə vaxt sınayacam?! Biz təlim-məşq toplanışının yekunlarından nəticə çıxarıb, səhvlərimiz üzərində işləyəcəyik. Rəqibə gəlincə, “Şlonsk” yaxşı komandadır. Qoy bizi də məğlub etsinlər, yalnız yoxlama oyunlarında. “Neftçi”ni rəsmi matçlarda fərqli oyun göstərib, qələbə qazanacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43