Ölkə futbolu

“Kuareşma” “Xəzər Lənkəran”ın məşqində “at oynatdı”

Antalyada təlim-məşq toplantısında olan “Xəzər Lənkəran”  bütün gecəni tüğyan edən tufanın ardından bu gün, yanvarın 26-da səhər saatlarında növbəti məşqini keçirib. Leysan yağışdan sonra da meydançanın normal vəziyyətdə olması hazırlığın baş tutmasına şərait yaradıb. Əsasən taktiki çalışmalardan ibarət olan məşq zamanı  bir maraqlı məqam da yaşanıb. Belə ki, topla etdiyi qeyri adi və orijinal rəftarı sayəsində  Deyan Blajevskini komanda yoldaşları “Kuareşma” deyə çağırıblar. Beləcə komanda daxilində Makedon  futbolçunun “Kuareşma” (Portuqal futbolçu Ricardo Andrade Kuareşma Bernardonun şərəfinə) təxəllüsü alması reallaşıb. (12cioyuncu.info)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43