Dünya futbolu

Bravo üçün mövsüm başa çatdı

“Mançester Siti”nin qapıçısı Klaudio Bravo mövsümü başa vurub.

“Mançester Yunayted”lə derbi matçında (0:0) baldır əzələsindən zədələnən 34 yaşlı qolkiperin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Bu isə o deməkdir ki, çilili əlcək sahibi mövsümü erkən başa vurmalı olub.

Qeyd edək ki, Bravo cari mövsüm “şəhərlilər”in heyətində 30 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43