Kateqoriyasız

Braziliyalı futbolçu “Neftçi”də

Braziliyalı futbolçu Jairo Rodriges Filyo axşam saatlarında Bakıya gəlib. 

İdmanxeber.com-un məlumatına görə, müdafiəçi bu gün bakılıların səhər məşqində iştirak edib.

Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə “Neftçi” futbolçu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43