08 Sentyabr 2024
Dünyadan

Braziliyaya vurduğu qol əmisinin ölməsinə səbəb oldu

Amerika Kubokunun 1/4  final qarşılaşmasında Braziliya millisinin qapısına bərabərlik topunu vuran Paraqvay millisinin futbolçusu Derlis Qonzales qələbənin ardından üzücü xəbərlə sarsılıb.

İdmanxeber.com-un məlumatına görə, Braziliya millisinin qapısına penaltidən qol vuran Derlis Qonzalesin əmisi televiziyadan bu epizodu izləyib və həyəcandan vəfat edib.

Qeyd edək ki, Paraqvay millisi penaltilərdə Braziliya səddini keçə bilib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43