Milli komanda

Brüsselə yağan yağışdan sonra AFFA-dan xahiş etdilər ki… (FOTOLAR)

Sabah AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə qarşılaşacaq millimiz oyundan öncə son məşqini keçirib.

İdmanxeber.az-ın Etopaz-ın xətti ilə Brüsselə yollanmış əməkdaşının verdiyi məlumata görə, millimiz son məşqini oyunun keçiriləcəyi arenada yox, Belçika ikinci liqasında çıxış edən RWD klubunun stadionunda keçirib. Buna səbəb Brüsselə yağan yağışdı. Belə ki, Belçika tərəfi oyunun keçiriləcəyi “Kinq Baudoin” stadionunun ot örtüyünün yararsız vəziyyətə düşməməsi üçün bu addımı atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43