21 Dekabr 2024
Kateqoriyasız

“Bu cür futbola görə hamımız üzr istəməliyik” – Roman Qriqorçuk

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində “Neftçi” səfərdə “Zirə”ylə qarşılaşıb və rəqibinə uduzub – 0:2.

İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırîb:

– Strateji olaraq, ilk dəqiqədə qol buraxmaq xoş deyil. Amma futboldur, belə şeylər olur. İstənilən halda, bu gün oynadığımız futbol qəbulolunmazdır. Heç bir şey bizi sarsıda bilməz ki, istədiyimiz futbolu oynaya bilməyək.

– Milli fasilədə “Neftçi”nin özünə gələcəyini gözləmək olardı. Amma bu gün 90 dəqiqə ərzində qol epizodunuz da yox idi. Belə futbolla “Qarabağ”la matçda komandanızdan nə gözləmək olar?

– Bu cür oyunla nəsə gözləmək çətindir. Biz istənilən halda, daha yaxşı oynamalıyıq. Son konfransda da demişdim ki, fasilə bizə daha yaxşı təsir edəcək. Amma sözlərimi tuta bilmədim. Buna görə üzr istəyirəm. Bu cür futbola görə hamımız üzr istəməliyik. Belə futbol oynamaq olmaz.

– “Neftçi” hazırda Premyer Liqada ən az top vuran iki komandadan biridir. Hücum xəttindəki bu passivliyi nə ilə izah edərdiz?

– Hamımız görürük ki, hücuçm xəttində axsayırıq. İstədiyimiz kimi çıxış etmirik. 

– “Neftçi” uduzduqca, sizin də bu komandada karyeranız sona yaxınlaşır?

– Hər oyundan-oyuna sağlamlığımı itirirəm. Belə futbol oynamaq heç də xoş deyil.

– Sizcə komandanız “Kəpəz”i udmaq potensialındadır?

– Bizim daha yaxşı və başqa futbol oynamaq ehtimalımız da var. Bu gün qol buraxdıq. Məğlub olmağımızın səbəbi ilk dəqiqələrdə buraxdığımız qol ola bilərdi. Amma belə deyil. Məsuliyyəti dərk edərək deyə bilərəm ki, daha yaxşı oynamaq üçün potensialımız var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43