Dünyadan

Bu da son: “Real”dan rəsmən getdi

“Real” baş məşqçisi Karlo Ançelotti ilə yollarını rəsmən ayırıb.

İdmanxeber.com-un məlumatına görə, cari mövsümdə Çempionlar Liqası və La Liqada çempion ola bilməyən Madrid klubu italiyalı çalışdırıcını göndərib. 

Bu barədə “Real”ın prezidenti Florentina Perez məlumat verib. “Kral klubu”nun prezidenti bildirib ki, ağır qərar olsa da, “Real” asan qərarlarla idarə edilmir.

Qeyd edək ki, 2013-cü ildən “Real”ı çalışdıran Ançelottinin səhhətindəki problemlər səbəbindən komandadan getdiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43