Dünyadan

Bu gün dünyanın ən yaxşı futbolçusunun adı açıqlanacaq – 3 namizəd

Bu gün 2014-cü ilin ən yaxşı futbolçusunun adı açıqlanacaq.

İdmanxeber.com-un məlumatına görə, FIFA-nın keçirəcəyi tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

“Qızıl top” uğurunda 3 futbolçu mübarizə aparır. Bunlar “Real”ın (Madrid) hücumçusu  Kriştiano Ronaldo, “Barselona”ın hücumçusu Lionel Messi və Almaniya millisinin heyətində son dünya çempionu olan “Bavariya”nın qapıçısı Manuel Noyerdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43