Kateqoriyasız

“Bu qalibiyyəti dünən keçirilmiş prezident seçkisində qələbə qazanmış dövlət başçısına həsr edirik”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi Norveç 1:3 hesabı ilə məğlub edib. 

Yığma komandamızın baş məşqçisi Bernhard Lippert oyundan sonra fikirlərini açıqlayıb.

Almaniyalı mütəxəssis bu oyundakı qələbəni prezident İlham Əliyevə həsr etdiklərini deyib: “Birinci hissədə rəqibin güclü təzyiqi vardı. Lakin Norveç yığmasının həmlələrinin öhdəsindən komandamızın əzmkarlığı və qapıçımızın məharətli oyunu sayəsində gəldik. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Bunun nəticəsində bir neçə qol epizodu yarada bildik. Layiqli qələbə qazandığımızı düşünürəm. Bu qalibiyyəti dünən keçirilmiş prezident seçkisində qələbə qazanmış dövlət başçısına həsr edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43