Ölkə futbolu

“Bu səbəbdən də arxayınçılıq olmamalıdır” – “Turan Tovuz”un vitse-kapitanı

“Oyuna yaxşı başladıq, qol şanslarımız da oldu. Ancaq yenə də hesabda geriyə düşdük. Daha sonra isə toparlanıb qarşılaşmadan qələbə ilə ayrıldıq. “Kəpəz”ə qarşı çempionatda bir dəfə qələbə qazanıb, bir dəfə də heç-heçə etmişik. Rəqibi düzgün analiz edib yenə də onlara qarşı yaxşı mübarizə aparmağa çalışacağıq”.

Bu sözləri idmanxeber.az saytına “Turan Tovuz”un qapıçısı Tərlan Əhmədli Azərbaycan kubokunun 1/4 final mərhələnin ilk oyunu çərçivəsində keçirilən “Kəpəz” görüşü (2:1) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Cavab görüşündən öncə bizi evdə “Neftçi” ilə çox ağır çempionat oyunu gözləyir. O qarşılaşma da olduqca vacibdir. “Kəpəz”lə cavab matçında isə şansların yenə də yarı-yarıya olduğunu düşünürəm. Çünki rəqib mçeydanında qol amili yoxdur. Əgər öz meydanımızda minimal hesabla məğlub olsaq ümümi hesab bərabərləşir. Bu səbəbdən də arxayınçılıq olmamalıdır”.

Əhmədli hazırki durumda iki cəbhədə də mübarizə aparmağın çətinliyindən söz açıb. O, heyətə əlavə futbolçular cəlb edildiyi təqdirdə “Turan Tovuz”un daha güclü komandaya çevriləcəyini bildirib:

“Sözsüz ki, transfer və heyətlə bağlı hər şeyi baş məşqçimiz daha yaxşı görür. Ancaq hər mövqedə azı iki futbolçumuz olsa, çox yaxşı olar. O zaman həm rəqabət, həm də inkişaf olur. Zədəli futbolçumuz olanda da onu əvəzləyəcək gücümüz olmalıdır. Yenə də hər iki cəbhədə də mümkün qədər irəli getmək niyyətindəyik. Çünki qazanılan hər yaxşı nətcə komandaya ruh yüksəkliyi verir. Rəhbərliyin bizdən konret hədəfi olmasa da, kubokda bu mərhələni keçmək istəyirik”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43