19 Sentyabr 2024
Ölkə futbolu

“Bu, vuracağım qolların başlanğıcıdır” – “Neftçi”nin yeni transferi

“Bilirdik ki, bizi çətin oyun gözləyir. Buna rəğmən üç xal qazanmalıydıq ki, turnir cədvəlindəki vəziyyətimizi daha da yaxşılaşdıraq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu Brayan Moreno Premyer Liqanın 20-ci turunun “Qəbələ”(3:1) ilə görüşündən sonra klubun televiziya kanalına deyib. O, dahas onra belə davam edib:

“Debüt oyunumda qol vurduğum üçün çox sevinirəm. Allaha şükürlər olsun. Ümid edirəm ki, bu, vuracağım qolların başlanğıcıdır”.

“Ağ-qaralar” qış fasiləsində Moreno ilə 1,5 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43