Kateqoriyasız

Bugün Premyer Liqamızda baş tutacaq oyunları izləməyin yolu

Bu gün Azərbaycan Premyer Liqasının XVIII turun oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, baş tutacaq oyunlardan yalnız biri – “Qarabağ” – “Sumqayıt” görüşü canlı yayımlanmayacaq.

“Xəzər Lənkəran” – AZAL və “Simurq” – “Bakı” qarşılaşmaları meydan sahiblərinin klub TV-si vasitəsi ilə azarkeşlərə canlı nümayiş etdiriləcək. 

“Qəbələ” – “İnter” oyunu isə İdman Azərbaycan kanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43