İdman

Bunu da gördük: Avropa Oyunları zamanı Bakıda evlənmək qadağan edildi

Bu yay Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı paytaxtda toy keçirilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə ATV telekanalına açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib.

DYP rəsmisi bu addımın Olimpiya Oyunları günlərində yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün atıldığını vurğulayıb.

İyunun 12-dən 28-dək Bakıda toy mərasimlərinin keçirilməməsi haqda şadlıq evlərinə xəbərdarıq edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43