Dünya futbolu

“Bursaspor” Prosineçki ilə bağlı bəyanat yaydı

“Bursaspor” Robert Prosineçki və bir neçə məşqçinin klubun baş məşqçi postuna gətiriləcəyi barədə yayılan məlumatları təkzib edib.

İdmanxeber.com-un məlumatına görə, klubun saytı vasitəsilə yaydığı bəyanatda bunları qeyd edib:

“Bu gün bəzi media orqanlarında bir neçə məşqçinin adına yer verilərək, klubun onlarla danışıqlar apardığını yazıb. Sözügedən iddialar qəti şəkildə gerçək deyil və rəhbərlik, istər birbaşa, istərsə də dolayı yolla heç bir baş məşqçi ilə görüşməyib”.

Qeyd edək ki, Türkiyə KİV-ləri Prosineçkinin növbəti mövsümdən etibarən “Bursaspor”u çalışdıracağı barədə məlumat yaymışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43