Kateqoriyasız

“Cahangir Hacıyev işi”: Hafiz Məmmədov barəsində həbs-qətimkan

Beynəlxalq Bankdan götürülən böyük məbləğli kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işinin miqyası, getdikcə genişlənməkdədir. 

İdmanxeber.com-un məlumatına görə, barəsində həbs-qətimkan tədbiri seçilən iş adamlarından biri də, məşhur oliqarx, “Bakı” klubunun sahibi Hafiz Məmmədovdu.

Məlumata görə, Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri Nəsimi rayon məhkəməsi tərəfindən mayın 18-də seçilib.Ancaq Hafiz Məmmədovu həbs etmək mümkün olmayıb. Belə ki, bu qərarın verilməsindən 2 gün əvvəl – mayın 16-da “Hafka” ölkədən qaça bilib.

Həbs ediləcəyindən əvvəlcədən xəbərdar olan Hafiz Məmmədovun Azərbaycandan necə və hansı ölkəyə qaçdığı məlum deyil. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43