İdman

Caner Erkin: “Mənə söyənləri…”

“Beşiktaş”ın və Türkiyə millisinin futbolçusu Caner Erkin “Fənərbağça”dan ayrılığa ilə bağlı yerli mətbuata danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli müdafiəçi bunları deyib:

“Məni ən çox istiyən kluba gəldim. Bu seçimim üzündən həyat yoldaşıma, uşağıma və özümə ən ağır söyüşlər söyüldü. Biz futbolçuların çörəyi bu işdən çıxır. Mənə söyənləri vicdanları ilə baş-başa buraxıram”.

Qeyd edək ki, onun “İnter”dən “Beşiktaş”a getməsi və sabiq “Fənərbağça”lı olması “sarı lacivərt”li azarkeşlərin sosial şəbəkələrdəki qəzəbinə səbəb olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43