Ölkə futbolu

Canni De Byazi 4 futbolçunu heyətdən çxıartdı

Millimizin İsveçə qarşı bu gün keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyununa çağırılan heyətində ixtisarlar edilib.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Canni de Byazi 27 futbolçudan 4-nü heyətdən kənarda saxlayıb. Bunlar Rüstəm Əhmədzadə (“Zirə), Səbuhi Abdullazadə (“Sumqayıt”), Cəlal Hüseynov (“Arda Kaerdzali”, Bolqarıstan) və Emil Səfərovdur (“Qəbələ)”.

 

Xatırladaq ki, Azərbaycan – İsveç matçı saat 21:00-da başlamacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43