Milli komanda

Azərbaycan – İsveç matçına necə baxaq?

Bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində millimiz Azərbaycan İsveç qəbul edecək.

İdmanxeber.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarılaşma canlı yayımlanacaq. “CBC Sport” kanalı bu matçı birbaşa nümayiş eydorəcək.

Bundan başqa, Avstriyanın DAZN, Danimarkanın TV2, Şimali Makedoniyanın “Arena Sport 1”, İsveçin “TV 4 Sportkanalen”, Slovakiyanın “Sport 2 SK”, Türkiyənin “S Sport+”, Portuqaliyanın “Sport TV5” kanalları da oyunu canlı yayım proqramına salıb.

Qeyd edək ki, Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43