Dünya futbolu

“Liverpul” da Mbappe üçün yarışacaq

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını “Liverpul”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Real” futbolçunu transfer etməkdən imtina etdikdən sonra klub rəhbərliyi fransalı futbolçu uğrunda mübarizəyə qoşulmaq qərarına gəlib.

Daha əvvəl oyunçuya “Bavariya”nın da maraqlı olduğu bildirilirdi.

Mbappenin parislilərlə müqaviləsi gələn ilin yayında başa çatır. Cari mövsümdə futbolçu bütün turnirlərdə 15 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43