Kateqoriyasız

“Cavab oyununda daha məzmunlu futbol göstərəcəyik”

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Fehervar” (Macarıstan) – “Qəbələ” matçından (4:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis qarşılaşmanın ardından bunları deyib:

“İki fərqli hissə izlədik. Birinci hissədə daha çox istədiyimizi meydanda görə bildik. Fasilədən sonra futbolçularımız rəqibin təzyiqi altında oynadı. Bu təzyiqə davam gətirə bilmədik. Ümumi götürsək, komanda formalaşmaqdadır. İnanıram ki, cavab oyununda daha məzmunlu futbol göstərəcəyik. Qəbələdəki qarşılaşmada əlimizdən gələni etməyə çalışacağıq.

Azarkeşlərin zədələnən İlkin Qırtımovu alqışlaması insanlıq adına çox müsbət hərəkətdir. Oyunçuya verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. Göstərdilər ki, futbolu bilirlər. Onun son durumu barədə məlumatımız yoxdur. Ümid edirik ki, ciddi heç nə olmayacaq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43