Dünya futbolu

“Çelsi” Mudrikdən narazıdır

“Çelsi” rəhbərliyi ötən qış “Şaxtyor”dan 70 milyon avroya alınan ukraynalı cinah oyunçusu Mixail Mudrikin çıxışından narazıdır.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 23 yaşlı futbolçunun həm icarə, həm də transfer variantını nəzərdən keçirir. 2023-cü ilin yanvarında ukraynalı uğrunda mübarizədə məğlub olan “Arsenal” hələ də Mudrikin xidmətində maraqlıdır.

Futbolçunu transfer etməyə daha bir namizəd “Yuventus”dur.

Premyer Liqada 19 matçda Mudrik 3 qol vurub, 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43