Dünya futbolu

“Çelsi”dən rekord transfer

“Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandes karyerasını İngiltərədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatınsa görə, “Çelsi” futbolçu ilə razılığa gəlib. “Zadəganlar” argentinalı futbolçu üçün qarşı tərəfə 121 milyon avro ödəyib. Bu, Premyer Liqa tarixinin ən bahalı transferi olub.

“Çelsi” Fernandeslə 2031-ci ilə qədər müqavilə bağlayıb. O, cari mövsüm Portuqaliya çempionatından 17 oyun keçirib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43