Dünya futbolu

“Çelsi”nin qapıçısı “Real”da

“Real” klubu “Çelsi”nin qapıçısı Kepa Arizabalaqanı bir mövsümlük heyətinə qatıb.

İdmanxeber.az-ın məlumtına görə, Kepa artıq “Çelsi”dəki tərəfdaşları ilə vidalaşıb.

Arizabalaqa 2018-ci ildən “Çelsi”nin oyunçusudur. Ötən mövsüm qapıçı 39 oyunda iştirak edib. Kepanın transferi 18 milyon avro qiymətləndirilir. Onun London klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, “Real” zədələnən və mövsüm bitməmiş komandadan ayrılan əsas qapıçısı Tibo Kurtuanı itirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43