Kateqoriyasız

Çempionlar Liqası: “Monako” və “Atletiko” 1/4 finalda!

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün daha iki cavab qarşılaşması baş tutacaq.

Madriddə "Atletiko" ilə görüşdə məğlub olduğu Leverkuzen "Bayer"ini sınağa çəkəcək. 

Günün digər qarşılaşması Fransada keçiriləcək. Burada "Monako" ilə görüşdə gözlənilmədən Londonda məğlub etdiyi "Arsenal"la üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 finalın son iki iştirakçısı sabah keçiriləcək “Barselona” – “Mançester Siti” və “Borussiya” – “Yuventus” oyunlarından sonra müəyyənləşəcək.

17 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Monako" (Fransa) – "Arsenal" (İngiltərə) 0:2

Qol: Jiru, 36 (0:1), Remsi, 79 (0:2)

(İlk oyun – 3:1)

23:45. "Atletiko" (Madrid, İspaniya) – "Bayer" (Leverkuzen, Almaniya) 1:0 (penaltilər seriyası – 3:2)

Qol: Suarez, 27

(İlk oyun – 0:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43