Ölkə futbolu

Çempionlar Liqası: qrup iştirakçıları müəyyənləşdi – YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 2013/2014 mövsümünün qrup mərhələsinin püşkü atılacaq. Monakoda təşkil olunacaq mərasimdə 32 klub 8 qrupa bölünəcək.

 

Həmin klublardan 10-u pley-off mərhələsinin qalibləridirsə, 22-si mübarizəyə birbaşa qrup mərhələsindən qoşulacaq. Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyənin “Qalatasaray” klubu da mübarizəyə bu mərhələdən qoşulanlar sırasındadır.

 

Püşk ərəfəsində 32 iştirakçı səbətlərə bölünüb. Bu bölgü UEFA reytinqinə əsasən aparılıb. İstanbul təmsilçisi 3-cü səbətdə yer alıb.

 

IV səbət: "Kopenhagen" (Danimarka), "Napoli" (İtaliya), "Anderlext" (Belçika), "Seltik" (Şotlandiya), "Styaua" (Rumıniya), "Viktoriya" (Çexiya), "Real Sosyedad" (İspaniya), "Avstriya" (Avstriya).

______________________________________________


A qrupu: "Mançester Yunayted", "Şaxtyor (Doneskt) , "Bayer Leverkusen" "Real Sosyedad"
B qrupu: "Real" (Madrid) , "Yuventus", "Qalatasaray" , "Kopenhagen"
C qrupu: "Benfika" , PSJ "Olimpiakos" , "Anderlext"
D qrupu:"Bavariya" "ÇSKA" (Moskva) , "Mançester Siti" "Viktoria" (Plzen)
E qrupu: "Çelsi", "Şalke" ,"Bazel", "Styaua" (Bükreş)
F qrupu: "Arsenal", "Marsel", "Borussiya" (Dortmund) , "Napoli"
G qrupu: "Porto" , "Atketiko", "Zenit" , "Avstriya" (Viev)
H qrupu: "Barselona", "Milan", "Ayaks" , "Seltik"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43