Ölkə futbolu

Çempionlar Liqasında çıxış edən futbolçu “Rəvan”da

“Rəvan” daha iki futbolçunu sınaqdan keçirir.

İdmanxeber.com-a bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov məlumat verib.

“Uçan aslanlar”ın rəsmisinin sözlərinə görə, braziliyalı yarımmüdafiəçi Nelson Aureliano da Silva Junior və sloveniyalı müdafiəçi Miloş Brezinski hazırda baxışdadı. 

Yaqubov saytımıza verdiyi digər bir məlumata görə, daha bir futbolçunun komandaya qoşulması gözlənilir:

Fredrik Holster adlı isveçli futbolçu komandaya qoşulacaq. Hələ gəlməyib, ancaq yaxın günlərdə gələcəyi gözlənilir. Onun son iş yeri “Sundvall” olub”.

Qeyd edək ki, braziliyalı Nelson Aureliano da Silva 1984-cü ildə yanvarın 15-də Braziliyada anadan olub. 29 yaşlı futbolçunun son klubu Braziliya çempionatının aşağı divizionunda çıxış edən “Ça Qrande” olub. 

29 yaşlı sloveniyalı isə “Tatran”ından gəlib.Təcrübəli futbolçu Çempionlar Liqasının təsnifat mərhələsində və Avroliqanın qrupunda da çıxış edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43