Ölkə futbolu

“Çətin olacaq!”

Şimali İrlandiya millisinin futbolçusu Oliver Norvud DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və İsrailə qarşı keçirəcəkləri oyun barədə danışıb.

O, bunları dilə gətirib.

“Lüksemburqa yenilgiyə görə üzülməliyik. Qarşıdakı Azərbaycan və İsraillə görüşlərdən 6 xal götürsək, Lüksemburqdakı məğlubiyyəti unutdurmuş sayılarıq. Qələbə qazanmayanda, adama pis təsir edir. Çətin olacaq! Ancaq biz hər 2 matçda qələbə qazanacağımıza və xal itirməyəcəyimizə inanmalıyıq. Baş məşqçimiz Maykl O’Nil indi müəyyən oyun tərzinə güvənir. Biz Rusiyaya qalib gəlmişik. Meydanda 9 nəfər qalmasaydıq, Portuqaliyanı da yenə bilərdik. Həmin oyunlarda belə komandalarla rəqabət aparacaq səviyyədə olduğumuzu sübut etdik”.

Oliver Bakıdakı oyunda start heyətində yer alacağına ümidlidi: “Çalışdırıcı önəmli matçlarda oynatmaqla mənə bəslədiyi inamı ortaya qoyub. Ümid edirəm ki, onun Azərbaycan və İsraillə oyunlarla bağlı planlarının tərkib hissəsiyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43