Ölkə futbolu

“Çex” “Sumqayıt”a keçir

İki qapıçı – Anar Nəzirov və ELçin Sadıqovla yollarını ayıran “Sumqayıt” bir qolkiperlə heyətini gücləndirmək istəyir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, gənclik şəhəri təmsilçisi hazırda “Şahdağ”da çıxış edən qolkiper Şahruddin Məhəmmədəliyevi sınayır. Onunla bağlı yaxın günlərdə qərar veriləcək.

Məlumat üçün deyək ki, Şahruddin zədələndiyi üçün oyunlara “Çelsi”nin məhşur qapıçısı Petr Çex kimi xüsusi qoruyucu papala çıxır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43