İdman

Çexiya – Azərbaycan matçının bilet qiymətləri açıqlandı

Azərbaycan millisinin DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Çexiya ilə səfər görüşünün bilet qiymətləri açıqlanıb. 

İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, oktyabrın 11-dəki qarşılaşma üçün qiymətlər 3 kateqoriya üzrə müəyyənləşib.

 

Əvvəlcə oktyabrın 8-də Hamburqda Almaniya millisinin qonağı olacaq çexlər azarkeşlərinə bu görüşü canlı izləməyin yolunu göstəriblər. Həmin matçın biletləri 700 krona (təxminən 48 manata) satılacaq. Almaniyaya gediş-gəliş və bilet xərci isə ümumilikdə 2990 kron (205 manat) təşkil edir.

 

Bundan 3 gün sonra Ostravadakı görüşü izləmək istəyənlər isə 200 (14), 400 (28) və ya 600 kronlarından (42 manat) keçməli olacaqlar. Azərbaycanla matçın biletləri sentyabrın 19-dan satışa çıxarılacaq.

 

Qeyd edək ki, Çexiya – Azərbaycan qarşılaşması 15 min tamaşaçı tutumuna malik “Munisipial” stadionunda oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43