İdman

Millimiz ilk səbətdə yer alıb

UEFA Millətlər Liqasının ilkin divizionları və səbətləri açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, DÇ-2014-ün, AÇ-2016 və DÇ-2018-in nəticələrinə əsasən hesablanan əmsallar əsasında aparılacaq bölgüdə hazırkı durum bəllidi.

 

Azərbaycan millisi ilk iki turnirin yekunları və DÇ-2018-in San-Marino ilə ilk seçmə oyunundakı qələbədən (1:0) sonra D liqasında oynamağa namizəddi. İndiki durumda Robert Prosineçkinin yetirmələri qitənin ən zəif liqasında çıxış edəcək 16 komandadan biri olacaq.

 

Bu 16 yığma da əmsallarına görə səbətlərə bölünəcək. Mövqeyini əldən verməsə, millimiz 1-ci səbətdə yer ala bilər.

 

D liqası

1-ci səbət

Azərbaycan, Estoniya, Gürcüstan, Latviya

2-ci səbət

Ermənistan, Qazaxıstan, Makedoniya, Moldova

3-cü səbət

Farer adaları, Lüksemburq, Lixtenşteyn, Kosovo

4-cü səbət

Malta, San-Marino, Andorra, Cəbəllütariq

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43