Milli komanda

Çexiya – Azərbaycan oyununu canlı yayımlayacaq kanallar

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də səfərdə Çexiya ilə qarşılaşacaq milli komandamızın oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, Ostrava şəhərindəki “Vitkovitse” stadionunda keçiriləcək qarşılaşmanı ölkəmizdə İctimai Tv canlı yayımlayacaq. Sözügedən oyunu Rusiyanın “Matç! Arena” kanalı da azarkeşlərə canlı nümayiş etdirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43