İdman

Çexiyanın baş məşqçisi: “Azərbaycanla matçda futbolçular yaxşı əhval-ruhiyyədə olacaqlar”

“Təəssüratlarımız pis deyil. Lakin Şimali İrlandiyaya qalib gəlsəydik, daha yaxşı olardı”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

 

DÇ-2018-in seçmə mərhələsinin ilk turu çərçivəsində Şimali İrlandiya ilə qolsuz bərabərliyə qalan çexlər növbəti görüşlərini gələn ay Almaniya və Azərbaycan millilərinə qarşı keçirəcəklər.

 

Ölkəsinin mətbuatına açıqlama verən 60 yaşlı çalışdırıcı artıq diqqətini bu görüşlərə yönəltdiyini bildirib: “Həmin matçlara kimi oyunumuzu yaxşılaşdırmalıyıq. Bunun üçün imkanımız var. İstəyirəm ki, daha kombinasiyalı oyun sərgiləyək. Şimali İrlandiya ilə qarşılaşmada bəzi futbolçular özlərini yaxşı tərəfdən göstərsələr də, bəzilərindən razı qalmadım. Oktyabrda bizi Almaniya ilə sınaq gözləyir. Ardınca isə öz meydanımızda Azərbaycanla qarşılaşacağıq. Ümid edirəm ki, həm Almaniya, həm də Azərbaycanla matçda futbolçular yaxşı əhval-ruhiyyədə olacaqlar. Artıq bütün diqqətimizi almanlarla görüşə yönəltmişik. Rəqibin təhlilinə başlamışıq”.

 

Qeyd edək ki, ilk turda qeydə alınan nəticələrdən sonra hərəyə 3 xalı olan Almaniya və Azərbaycan yığmaları qrup liderliyini bölüşürlər.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43