Dünyadan

Çin klubundan “Borussiya”nın futbolçusuna 150 milyon avroluq təklif

Heyətində Cekson Martinez, Tevez, Oskar və Halk kimi oyunçuları olan Çinin “Şanxay SPİG” klubu bu dəfə Almaniya Bundesliqası təmsilçisi olan Dortmund “Borussiya”sının futbolçusunu heyətinə qatmaqda israrlıdır.

İdmanxeber.com-un məlumatına görə, sözügedən klub “Borussiya”nın qabonlu futbolçusu Pierre-Emerik Oubameyanqı transfer etmək istəyir. Məlumata görə, Çin klubu futbolçu üçün “Borussiya”ya 150 milyon avro ödəməyə hazırdır. Bundan əlavə, komanda futbolçuya illik 41 milyon avro ödəməycək.

Qeyd edək ki, “Borussiya” ilə 2020-ci ilədək müqaviləsi olan futbolçu cari mövsüm çıxdığı 22 matçda 20 qol vurub və 4 qol ötürməsi edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43