Kateqoriyasız

Çingiz Abdullayev tələb etdi, “Neftçi”də maliyyə yoxlamaları başladı

Müstəqillik tarixinin ən bərbad mövsümlərindən birini yaşayan “Neftçi” heç cür toparlana bilmir. Qeyri-peşəkar idarəçilik, tez-tez gerçəkləşən məşqçi dəyişiklikləri, komandanın sönük oyunu bu uğursuzluqlara zəmin yaradıb.

İdmanxeber.com sportal.az-a istinadən xəbər verir ki, klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin istəyi ilə “Neftçi”də maliyyə yoxlamaları başlayıb. Bunun üçün xaricdən mütəxəssislər də dəvət olunub. Etibarlı mənbənin dediklərinə görə, buna Çingiz Abdullayevin klubda maliyyə əməliyyatlarının şəffaf aparılmamasına dair şübhələrinin yaranması səbəb olub. Çünki Abdullayev Müşahidə Şurasının sədri olsa da, klubu Elnur Məmmədov idarə edir, onun idarəçiliyi isə “göz qabağındadır”.

Qeyd edək ki, “Neftçi” mövsümün sonuna 6 tur qalmış yalnız “Rəvan”, “Xəzər Lənkəran” və “Sumqayıt”ı qabaqlayaraq 7-ci pillədə yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43