Kateqoriyasız

“Çixura”nın baş məşqçisi: “Neftçi” “Bursaspor” deyil”

Avroliqanın III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Çixura” klubunun baş məşqçisi Samson Pruidze qarşıdakı "Neftçi" ilə oyundan danışıb.

İdmanxeber.com-un məlumatına görə, UEFA.com saytına açıqlama verən Pruidze bunları deyib: 

“Neftçi”ni daha yaxşı tanıyırıq. Bu rəqibimiz haqda ancaq xoş sözlər deyə bilərəm. Əlbəttə ki, “Neftçi” “Bursaspor” deyil. Ancaq bu komandada yaxşı yerli və legioner futbolçular var.  Biz sübut etdik ki, Avropanın orta səviyyəli komandalarına qarşı mübarizə apara bilərik. Əgər uğur bizim tərəfimizdə olsa, istənilən komanda üzərində qələbə haqda düşünə bilərik”.

Xatırladaq ki, “Neftçi” – “Çixura” matçı iyulun 31-də, cavab qarşılaşması isə bir həftə sonra baş tutacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43